YAP-ın 30 illiyinə həsr edilmiş tədbir keçirilib

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları QSC-nin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünü və şəhidlərin xatirəsinə həsr edilmiş guşəni ziyarət edib, gül dəstələri düzüblər.

Tədbirdə dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıblar. Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş 30 nəfərə üzvlük vəsiqəsi təqdim edilib.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: