“YARAT”da “ARTE” kanalının əməkdaşının mühazirəsi dinləniləcək
Oktyabrın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “ARTE” fransız-alman kanalının onlayn strategiya üzrə rəhbəri Dominik Vilyamın mühazirəsi dinləniləcək.
Frame.az xəbər verir ki, mühazirə “ADAMI” Media Mükafatı tərəfindən təşkil edilən “Videobloq: Öz ifadəni tap, yaz və dərc et!” adlı ikigünlük seminarı çərçivəsində keçiriləcək.
Seminar-mühazirədə hər kəs iştirak edə bilər.