“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ikinci həftəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildiriblər ki, ilkin olaraq açılış mərasimi, komanda ilə tanışlıq və əyləncəli musiqi saatı təşkil olunub.

Düşərgənin ikinci gününə səhər idmanı ilə start verilib. Ardından isə psixoloqlarla görüş və əyləncə saatı həyata keçirilib.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin ikinci həftəsi də şəhidlərimizin 8-11 yaş kateqoriyasında olan övladlarını əhatə edir. Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaq və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət ediləcəklər.

Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.

2021-ci il iyulun 12-dən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar “Elektron Hökumətin İnkişafı Mərkəzi”, “İnnovasiyalar Mərkəzi”, “PAŞA Həyat”, “Bravo”, “Nar”, “Gazelli Group”, “Rabitəbank”, “Turanbank”, “Decoria”, “Port of Baku”, “AMO Group”, “Slavyanka”, “Azərsun”, “Shokki Mokki”, “Mango”, “Next”, “Ali Nino”, “Oven”, “Civil”, “Happy day cake”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gənc Psixoloqlar” İctimai Birliyi, logistika dəstəyi Bakı Nəqliyyat Agentliyidir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: