Baku City CircuitFormula 1IdmanTəqdimat

Yerli media nümayəndələrinin akkreditasiyası üçün ayrılmış vaxt uzadıldı

Bu il 4-6iyun tarixlərində5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu davam edir. Bu proses martın 25-i, saat 17:00-da başa çatacaq.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nın rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər accreditation@bakugp.az elektron poçt ünvanına yaza bilərlər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!