“AzəriKard”2018-ci ilin ilk yarımilliyini uğurla başa vurub

Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” 2018-ci ilin birinci yarimilliyi üzrə fəaliyyət göstəricilərini ictimaiyyətə açıqlayıb.

Artıq 21 ildir ki, uğurlu fəaliyyəti və yüksək səviyyəli xidmətləri ilə seçilən “AzəriKard” prosessinq mərkəzi bazarda lider mövqeyini qoruyub saxlamaqla yanaşı güclü infrastrukturu və xidmətlərin təhlükəsizliyi, operativliyi və peşəkar kadrları ilə dinamik şəkildə inkişaf etməyə davam edir.

Bu ilin ilk altı ayının nəticələrinə əsasən prosessinq mərkəzində2 milyondan artıq kartaxidmət göstərilir, 40 milyondan artıq uğurlu əməliyyatyerinə yetirilib.Hal-hazırda şirkətin POS terminallarının sayı 35 mindən, ATM-lər sayı isə 1500-dən artıqdır, həmçinin partnyor bankların sayı 21, əməkdaşların sayı isə 102-yə çatıb.

“AzəriKard” Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəniş Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “AzəriKard” Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hər biri Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: