“Atəşgah” Sığorta Şirkətinə yeni sədr müavini təyin edilib

Ölkənin aparıcı sığorta şirkətlərindən biri “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinə yeni təyinat olub.

Belə ki, Orxan Rzayev Şirkətin İdarə Heyətinin Sədr müavini vəzifəsinə  təyin olunub. Bu qərar Şirkətin Səhmdarlarının Direktorlar Şurasının qərarına əsasən qəbul edilib.

Rzayev Orxan Faid oğlu 2005-ci ildən “Atəşgah” Sığorta Şirkətində fəaliyyət göstərir. O, müxtəlif dövrlərdə Müştəri xidmətləri şöbəsi, Birbaşa satış şöbəsi,Birbaşa satış idarəsi, Pərakəndə satış idarəsi və Regional satış idarəsinin rəhbəri vəzifələrində çalışmış, eləcə də İdarə heyətinin üzvü vəzifəsini icra etmişdir.

Qeyd edək ki, hazırda “Atəşgah” SŞ İdarə Heyətinin sədri Əliyev Azər Allahverdi oğlu, İdarə Heyəti Sədrinin müavini isə İsmayılov Fuad Faiq oğludur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: