Azərbaycanda hotellərə ulduz verilməsi üçün rüsumun məbləği açıqlanıb

Əsas məqsədimiz 3 istiqamət üzrə yönəlib. Birincisi otellərin təbliğatı, ikincisi keyfiyyəti artırmaq və üçüncüsü rəqabətqabiliyyətliliyi artırmaqdır.

Frame.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

Son illər Azərbaycanda hotelçilik sahəsində kifayət qədər işlərin görüldüyünü bildirən Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyini, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib: “2020-ci ilin iyununda Azərbaycan Avropa Mehmanxanalar Assosiasiyasının üzvü olub. Bu gün iki oteldə Milli Ulduz Təsnifatı Sistemi ilə əlaqədar yoxlamalar keçirildi. Təsnifat sisteminin meyarları bütün Avropa ölkələrində tətbiq olunur. Azərbaycan Hotel Assosiasiyasının iki auditoru müraciət edən otellərlə müzakirələr aparır. Hər şey mükəmməl olmaya bilər, qiymətləndirmə zamanı auditorlar çatışmazlıqlar aşkar etdikdə otellərə onları düzəltmək üçün 6 ay vaxt verilir, çatışmazlıq böyükdürsə, 12 ay vaxt verilir. İlkin qiymətləndirmə olandan sonra auditorlar hesabat hazırlayır”.

Florian Zenqstşmidin bildirib ki, hotellərə ulduz verilməsinə görə rüsum 800 manatdan başlayır. Pandemiya vaxtı karantin üçün istifadə olunan hotellərə milli hotel ulduz təsnifatı ödənişsiz həyata keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: