Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb

Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir. Aparıcı universitetlərlə əməkdaşlıq edən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərən, tələbələrin inkişafına dairmüxtəlif proqramlar təşkil edən şirkətin nümayəndələri həmçinin, mütəmadi olaraq tələbələrlə görüşlər də keçirir. Belə görüşlərdən biri dekabrın 14-də Bakı Mühəndislik Universitetində baş tutub. Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və tələbələrlə görüşüb.  Görüşdə Unversitet ilə yeni əməkdaşlıq prespektivləri müzakirə olunub. Vahid Mürsəliyev rəhbərlik etdiyi şirkətin ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin ikişafına təkan verən layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Xüsusilə də texniki sahədə təhsil alan tələbələrin peşəkar inkişafı, onların sahibkarlıq və biznesə cəlb olunması üçün biztəqaüd və təcrübə proqramları təşkil edir,Bakıda və regionlarda bir sıra universitetlərlə əməkdaşlıq layihələri imzalamışıq” – deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrə dəstək olacağını bildirib, onlara təhsillərində və gələcək karyeralarında uğurlar diləyib.

Vahid Mürsəliyev tələbələrə öz həyat yolu və Azercell-in 21 illik fəaliyyəti haqqında da məlumat verib. Görüşün sonunda şirkət prezidenti tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edək ki, Azercell Telekom ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Bakı Dövlət Universiteti, Xəzər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, GəncədəAzərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti əməkdaşlıq memorandumları imzalanıb . Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə dair müxtəlif layihələr həyata keçirilir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: