Bakı Şopinq Festivalında alıcılara şəhərimizin məşhur restoranlar və kafelərindən hədiyyə

Bakı Şopinq Festivalı münasibətilə şəhərimizin bir sıra məşhur restoran və kafeləri xüsusi kampaniyalara start veriblər. Festival günlərində alıcılar həmin restoran və kafelərin çeşidli menyularından güzəştlə və ya tamamilə ödənişsiz olmaqla istədikləri yeməkləri sifariş edə bilərlər.

Tonqal

Festivalda 200 manatdan 300 manatadək alış-veriş edib, tax-free sistemindən yararlanan hər kəsə akademik Həsən Əliyev küçəsi, 82 ünvanında yerləşən “Tonqal” restoranında 20 manatlıq nahar və ya şam yeməyi üçün pulsuz kupon hədiyyə edilir. Bundan başqa, müştərilər festival müddətində milli kənd stilində səhər yeməyini burada cəmi 10 manata sifariş edə bilərlər.

Illy

AF Mallda yerləşən “Illy”  kafesində satılan kofe maşınlarını 15 faizlik endirimlə almaq olar. Eləcə də, festival mağazalarında 200 AZN-dən 300 AZN-dək alış-veriş edib tax free şərtlərindən yararlanan alıcılar bu kafeyə 20 manatlıq yemək kuponu qazanacaqlar. Bundan başqa “İlly” kafesi 100 manatdan 200 manatadək alış-veriş edib, tax-free sistemindən yararlanan hər kəsə 10-15%-lik endirim kuponu təqdim edir. Bu kupon vasitəsilə kafedə 100 manatdan yuxarı sifarişlərə 10%, 200 manatdan yuxarı sifarişlərə isə 15% endirim əldə etmək mümkün olacaq.

Xalça

Bakının Neftçilər prospekti, 123 ünvanında yerləşən “Xalça” restoranında da festival alıcılarını sürprizlər gözləyir. Bu restoran üçün alıcılara iki növdə kupon təklif ediləcək. Festivalda 300 manatdan 400 manatadək alış-veriş edib tax-free sistemindən yararlanan hər kəsə 30 AZN-lik yemək kuponu təqdim olunacaq.  Həmçinin 100 manatdan 200 manatadək alış-veriş edib, tax-free sistemindən yararlanan hər kəsə 10-15%-lik endirim kuponu təqdim ediləcək. Bu kupon vasitəsilə restoranda 100 manatdan yuxarı sifarişlərə 10%, 200 manatdan yuxarı sifarişlərə isə 15% endirim əldə etmək mümkün olacaq.

Pirosmani

Xaqani küçəsi, 53 ünvanında yerləşən və gürcü mətbəxinin ən gözəl təamlarını təqdim edən “Pirosmani” restoranı üçün festival alıcılarına 20 manatlıq yemək kuponu hədiyyə ediləcək. Bunun üçün festival mağazalarında 200 manatdan 300 manatadək alış-veriş edib, tax free sistemindən yararlanmaq lazımdır.

IL MIO Caffe

“IL MIO Caffe”yə də festivalda 200 manatdan 300 manatadək alış-veriş edib tax-free kampaniyasından yararlanan hər kəsə 10 manatlıq kupon veriləcək. Bundan başqa, kafedə ödənilən hər 20 manatdan yuxarı hesaba dondurma dəsti (6 növ/6 dad) hədiyyə ediləcək.

Hədiyyə kuponlarını necə qazanmaq olar?

Bütün yuxarıda sadalanan restoranlara hədiyyə kuponları Port Baku, Park Bulvar, Metro park, 28 Mall və Gənclik Mall-da yerləşən Baku Shopping Festival-Tax Free köşklərində təqdim edilir. Kuponu əldə etmək üçün alıcı Tax Free köşkünə yaxınlaşaraq ƏDV qaytarılması haqda sənədi təqdim edir. Festival əməkdaşları vergi hesab fakturasını yoxladıqdan və tələb olunan prosedurdan sonra alış-veriş zamanı ödənilmiş məbləğə əsasən, hədiyyə ediləcək kuponu müştəriyə təqdim edir.

Nəzərinizə çatdırırıq ki, biletlər məhdud saydadır! Tələsin!

Kampaniya mayın 10-dək davam edəcək. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: