ÇEMPİONLUĞU ALMANİYA VƏ UKRAYNA ATLETLƏRİ BAYRAM ETDİLƏR

“EYOF Bakı 2019”un atletika yarışlarında qızlar arasında uzunluğa tullanma və şüvüllə hündürlüyə tullanmada mübarizəyə yekun vurulub.

Uzunluğa tullanma yarışında ukraynalı Mariya Horielova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Norveç atleti Mia Lien gümüş, finlandiyalı Nea Lento isə bürünc medalla kifayətlənib.

Qızların şüvüllə hündürlüyə tullanma yarışında isə Almaniya idmançısı Sarah Vogel bütün rəqiblərindən yüksək nəticə göstərərək adını çempionlar siyahısına yazdırıb. Danimarkalı Klara Skriver Loesl və isveçli Rebeka Kruger isə mübarizəni bürünc medulla başa çatdırıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: