“CinemaPlus”da “Ulduz doğuldu” musiqili filmin nümayişi keçirilib

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında premyeradan 2 gün öncə “Ulduz doğuldu” musiqili filmin nümayişi keçirilib.

” Ulduz doğuldu ” – Amerika musiqili dramı, klassik Hollywood filminin üçüncü remeykidir. Film tanınmış amerikalı ifaçı – Lady Gaga ilə birlikdə əsas rollardan birini oynayan məşhur aktyor Bredli Kuperin rejissorluq debütü oldu.

Filmdə həmçinin Sem Elliot, Deyv Çeppell, Entoni Ramos, Bonni Somervill və başqaları rol almışdır .

Film haqqında qısaca olaraq: Kantri-musiqiçi Cekson Meyn, hansının ki, karyerası aşağı düşür, bir gün tanınmamış istedadlı müğənni Elli ilə tanış olur. Qəhrəmanlar arasında sevgi macərası başlayır. Cek Elliyə uğur qazanmağa kömək edir. Lakin Ellinin musiqi karyerası inkişaf etdikcə, bir o qədərdə Cek aşağı düşən şöhrəti ilə barışa bilmir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: