“Excelsior Hotel & Spa Baku”-da “İşgüzar danışıqlar” mövzusunda tədbir keçirilib

13 iyul tarixində “Excelsior Hotel & Spa Baku” otelində “İşgüzar danışıqların aparılması” mövzuzsunda tədbir keçirilib. “Buisness Ring” şirkətinin rəhbəri Səbinə Rəhimova tərəfindən aparılan tədbirdə iştirakçılar bu sahədə debatlarda iştirak ediblər. Tədbirdə “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, otelin HR meneceri Kamran Rzayev, Maliyyə Departamentinin direktoru Aynurə Eyyubova, “Aura” Sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova, Satış və Marketinq Departamentinin direktoru İlkin Rüstəmov və digər departamentlərin rəhbərləri iştirak ediblər.
“Business Ring” şirkətinin rəhbəri Səbinə Rəhimova hər bir xidmət sahəsində olan biznesin uğurlu olmasında işgüzar danışıqların düzgün aparılmasında xüsusi yeri olduğunu qeyd edib.
“AtaHolding” Korportiv Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, holdinqin korporativ kommunikasiyalar şöbəsinin fəaliyyət planına uyğun olaraq il ərzində keçirilən müxtəlif təlimlər, tim bildinq xarakterli tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanır. Bu cür tədbirlər iştirakçılara yeni məlumatlar əldə etməklə yanaşı, həmçinin, öz bilik və bacarıqları ilə bir biri ilə bölüşməsinə imkan yaradır.
Qeyd edək ki, “Business Ring” şirkəti yay mövsümündə xüsusi aksiya keçirir. Aksiyaya əsasən bir çox iri şirkətlərin kollektivləri üçün “İşgüzar Danışıqların aparılması”, “Menecmentin innovativ üsüllürı”, “Konfliktlərin idarə edilməsi” və digər mövzularda master klasslar keçirir.
Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: