Formula 1: Valideynlər öz uşaqlarının “Grid Kids” layihəsində iştirak etməsinə görə pul ödəməyəcəklər

2018-ci ildə Formula 1 yarışlarının “Liberty Media”dan olan sahibləri ənənəvi “Grid Kids”lərdən imtina ediblər. İndi uşaqlar üzərində yürüşçülərin nömrələri yazılmış lövhəcikləri start meydançasına “Grid Kids” layihəsi çərçivəsində çıxaracaqlar. Əslində bu, yeni ideya deyil – futbolda oyunçular meydana uşaqlarla birgə çıxır və bəzi klublar bu hesaba pul qazanırlar.

Frame.az xəbər verir ki, İngiltərə Premyer-Liqasında bəzi komandalar matçdan əvvəl meydana çıxmaq hüququ verən biletləri satırlar. Bu biletlərin qiyməti 700 funt sterlinqə çatır. Formula 1 yarışlarında isə uşaqlar start meydançasına pulsuz çıxmaq hüququ əldə edirlər. Bunu “Liberty Media”nın nümayəndəsi də təsdiqləyib. O deyib: “Biz uşaqların start meydanında görünməsi müqabilində ödəniş almırıq. Bu uşaqlar onların kartinqdə və təhsildə uğurları nəzərə alınmaqla milli idman klubları və müvafiq mərhələnin promouterləri tərəfindən seçilir. Valideynlər və uşaqlar trasa müstəqil şəkildə gəlir və bunun müqabilində start meydançasında öz ölkəsini təmsil etmək, milli himni oxumaq imkanı əldə edirlər. Həmin uşaqlara kombinezonlar, ayaqqabı, kepkalar, habelə uşaqların və onların valideynlərinin yürüşlərə baxmaları üçün bilet verilir”.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: