Musiqili Teatrın gənc sənətçisi “İlin aktrisası” oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2 Fevral – Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlufəaliyyəti ilə fərqlənmiş gəncləri mükafatlandırıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, “İlin gənc aktrisası” nominasiyasında mükafata Azərbaycan Dövlət Musiqili Teatrının solisti Aydan Həsənova layiq görülüb. Səhnə fəaliyyətinə başladığı qısa zaman ərzindəməlahətli səsi və  aktyorluq məharətilə tamaşaçıların qəlbinəyol tapan istedadlı aktrisaÜ.Hacıbəylinin“O olmasın, bu olsun”(Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin “Baladadaşın toy hamamı”(Bikə),V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri vəPen”(Vendi)tamaşalarındaifa etdiyi obrazların  öhdəsindən peşəkarlıqla gələrək teatrsevərlərin rəğbətini qazanıb.

Aydan Həsənova 2016-ci ildə Yekatrinburqda keçirilən V.Kuroçkin adına “Gənc Operetta və MusiqiliTeatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə isə, Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusimükafata layiq görülüb.

“Belə bir əlamətdar gündə mükafat aldığım üçün özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafatmənim simamda teatrımızın bütün gənclərinəverilib. Fürsətdən istifadə edib bizə daim diqqət göstərən Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə daha çox uğuraimza atım”, – deyəAydan Həsənova bildirib.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: