Nevroloji uşaqların ümid yeri olan Dr.Günel Ümid kimdir?

Pediatr-nevroloq Dr.Günel Ümid 1998-2004- cü illər ərzində Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakultəsini fərqlənmə ilə bitirib.

2004-2007-ci illərdə prof. Z.Əliyevin rəhbərliyi ilə Uşaq Nevroloji Xəstəxanasında “Epilepsiya”, “USI”, “İnkişaf ləngiməsi”, “Nevrozabənzər əlamətlər”, “Pre-Perinatal Ensefalopatiya” və.s patologiyalarla məşğul olub. Azərbaycan Respublikası Həkimləri Təkmilləşmə İnstitutu, RF Moskva şəhərində Pediatriya İnstitutu, Neyrofiziologiya İnstitutu, Psixiatriya İnstitutunda təkmilləşmə kursları keçmişdir.

Hal-hazırda Sankt-Peterburq şəhərində Bexterev adına “Beyin İnstitutunda” disertanturada təhsilini davam etdirir. Yunanıstanda, Türkiyədə, BƏƏ, Rusiyada və.s ölkələrdə keçirilən konfranslarda çıxışlar etmiş, bir çox xarici elmi jurnallarda məqalələri çap olunmuşdur.

EEQ, EMQ üzrə mütəxəssisdir.

Müayinə və müalicə sahələrinə aşağıdakılar aiddir:

Baş ağrıları, gecə enurezi, psixo-motor inkişafın geriliyi, bayılma, diqqət defisiti və hiperaktivlik, baş hərlənmə, qıcolma, yuxu pozğunluğu, əqli inkişafın ləngiməsi və Autizm elementləri, uşaq onanizmi, qorxular, tiklər, kəkələmə, hərəki pozğunluqlar, nitq inkişafının geriliyi və.s

https://www.instagram.com/dr.gunel_umid/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: