“Oskar”ın təqdimetmə mərasimi 30 ildən sonra ilk dəfə aparıcısız olacaq

Fevralın 24-də Los-Anceles şəhərində keçiriləcək Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimetmə mərasimi aparıcısız olacaq.

Frame.az xəbər verir ki, bunu ABC telekanalının departament direktoru Keri Berk deyib.

Mükafatların mərasimə dəvət olunmuş məşhurlar tərəfindən təqdim ediləcəyini söyləyən Keri Berk bu ideyanın həm Amerika Kino Akademiyası, həm də mərasimi yayımlayacaq telekanal tərəfindən dəstəkləndiyini bildirib.

Qeyd edək ki, sonuncu dəfə bu mərasim 1989-cu ildə aparıcı olmadan keçirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: