Pərakəndə satış nəhənglərindən olan NOVCO şirkətlər qrupu da Bakı Şopinq Festivalının iştirakçısı oldu

Alıclıların festival zamanı ƏDV-ni geri ala biləcəkləri mağazaların sayı artır!

 Dünyaca məşhur Amerika, Britaniya, İspaniya, Fransa və digər dünya brendlərini Azərbaycan alıcılarına daha yaxın edən və ölkənin pərakəndə satış bazarının liderlərindən olan NOVCO şirkətlər qrupu Baku Şopinq Festivalına qoşuldu! Beləliklə, şirkətə daxil olan 50-dək mağaza Festivalda iştirak edəcək.

Şəhərimizə gələn turistlər və yerli sakinlər NOVCO şirkətlər qrupuna daxil olan United Colors of Benetton, Sisley,  Hackett, Six, Accessorize, Monnalisa, Adidas, Coast, Liu Jo, Bebe, Pablosky, Coccinele, ADL, Monsoon, BCBGMAXAZRIA, Tara Jarmon, Pylones, Pylones, OVS, Juicy couture, , Tommy,  İ am,  Benetton, Pimkie, ADL, Lacoste, I am Bravo, mağazalarında bütün yeni kolleksiyaya 10% ENDİRİM, seçilmiş məhsullara isə 30% ENDİRİM alıcılara təqdim olunacaq! Üstəlik 100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin  ƏDV-ni geri ala biləcəklər!

Bakı Şopinq Festivalı çərçivəsində şirkət hər həftə keçirəcəyi yeni –yeni aksiyalarla alıcıları sevindirəcək!

Bundan əlavə, NOVCO şirkətlər qrupuna daxil olan Second Cup və Bagel Bar kafeləri də  Baku Şoppinq Festivala qoşulb. Müştərilər burada da  100 AZN və daha artıq alış-veriş etdikdə ödədikləri məbləğin  ƏDV-ni geri ala biləcəklər.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bundan əlavə olaraq, Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin! Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: