Rich Interior sərgi-satış mərkəzinin təntənəli açılış mərasimi keçiriləcəkdir

Oktyabrın 12-si, saat 18:00-da, Babək prospekti 31H ünvanında yerləşən Rich Plaza-da genişliyi və konsepsiyasına görə möhtəşəmliyi ilə seçilən Rich Interior sərgi-satış mərkəzinin təntənəli açılış mərasimi baş tutacaq.

2000 kv. metr ərazidə yerləşən Rich Interior-da Avropanın məşhur kafel, metlax, keramika, taxta örtüklər, santexnika dəstləri, hamam və mətbəx mebeli brendlərinin zəngin kolleksiyası təqdim olunacaq. Adlı-sanlı brendlər siyahısına Ladiva, Petracers, Casalgrande Padana, Ypsilon, Eurodesign, GAİA, Mobili Di Castello, Scavolini, Viega, THG, Nicolazzi kimi markalar daxildir.

Rich Interior-da İnteryerlərin nümayişi orijinal formada həyata keçiriləcəkdir. Belə ki, hər bir brend üçün özəl olaraq sərgi otağı ayrılıb və burada xüsusi hazırlıq keçən satış menecerləri müştərilərə faydalı bilgilər və alternativ seçim imkanları təklif edəcəklər.

Tədbirin rəsmi təşkilatçısı və tərəfdaşı “Дом и Интерьер” jurnalıdır.

Əlaqə nömrəsi: 070 619 45 06 ​/​050 212 48 69

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: