Sabah bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var

Azərbaycanda aprelin 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Frame.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 18-23° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 29-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlığa əsasən, aprelin 29-da gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20 metrədək güclənəcəyi gözlənilir.

Aprelin 29-u axşam qərb rayonlarından başlayaraq mayın 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı bildirilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: