Son 20 ildə Qrenlandiya adasındakı buzlaqlar sürətlə əriməyə başlayıb

Alimlər Qrenlandiya buzlağındakı buzların əriməsinin sürətlənəcəyindən və dəniz səviyyəsinin gözləniləndən daha çox yüksələcəyindən narahatlıq keçirirlər. Onlar isti iqlimin yosunların böyüməsinə və buz səthinin tündləşməsinə səbəb olacağını bildirirlər. Tünd rəngli səth isə günəş radiasiyasını daha tez absorbsiya edir. Nəticədə buz təbəqəsi isinir və sürətlə əriməyə başlayır.

Frame.az “bbc.com” saytına istinadla xəbər verir ki, hazırda Qrenlandiya adasının buz örtüyü hər il okeanların səviyyəsinin 1 millimetr yüksəlməsinə səbəb olur. Son 20 ildə Qrenlandiyada buzların ərimə sürətinin artdığı müşahidə olunur. Bununla yanaşı, yayda Qrenlandiya adası üzərindəki bulud təbəqəsində də 15 faiz azalma var.

Şimal yarımkürəsindəki ən böyük buz təbəqəsinin sahəsi Birləşmiş Krallığın ərazisindən 7 dəfə böyükdür. Bu buzlağın qalınlığı üç kilometrdir. Əgər o, tamamilə ərisə, dəniz səviyyəsi yeddi metr yüksələ bilər. Elm adamları buzlağın az bir qisminin əriməsinin belə Yer kürəsi üçün təhlükəli ola biləcəyini bildiriblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: