“Tolerant gənclik” təsviri və dekorativ tətbiqi sənət sərgisi

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər planı”na əsasən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı dəstəyi ilə yaradıcı gənclər arasında “Tolerant gənclik” beynəlxalq təsviri və dekorativ tətbiqi sənət müsabiqəsi həyata keçirilir.
Müsabiqədə yerli və eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan yaradıcı gənclərin iştirakı nəzərdə tutulub. Ölkəmizdə “Mutikulturalizm ili” çərçivəsində keçirilən müsabiqə dünya gəncləri arasında multikulturalizm və tolerantlığı təbliğ etmək, onlar arasında tolerantlığı daha da möhkəmləndirmək, dostluq, əməkdaşlıq münasibətlərinın yaradılmasına nail olmaq və müxtəlif ölkələrin milli-mənəvi dəyərlərini incəsənət əsərləri vasitəsilə gənc nəslə çatdırmaq məqsədi daşıyır. Müsabiqənin yekununa dair keçiriləcək sərgidə müxtəlif ölkələri təmsil edəcək yaradıcı gənclər öz əsərləri vasitəsilə dünyaya dostluq mesajı vermiş olacaqlar.

Müsabiqə şərtləri;
– Müsabiqəyə tolerantlıq (milli, etnik, irqi, dini tolerantlıq) mövzusunda
istənilən ölçü və texnikada yaradılmış əsərlər (rəngkarlıq, qrafika,
heykəltəraşlıq və s.) qəbul olunur;
– Müsabiqədə yaşı 16-29 olan dünyanın müxtəlif ölkələrindən gənc
rəssamlar iştirak edə bilər;
– Əsərlər (arxasında müəllif haqqında məlumat və əsərin adı, ölçüsü,
texnikası qeyd edilməklə) 15.12.2016-cı il tarixinədək Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksinə təqdim ediməlidir
– Bir müəllif ən çox 3 əsər təqdim edə bilər;
– Eyni zamanda təqdim edilən əsərin fotosu (müəllif haqqında məlumat və
əsərin adı, ölçüsü, texnikası qeyd edilməklə) adramuseum@gmail.com
elektron ünvanına göndərilməlidir;
– Rəsm işləri ekspozisiya üçün asılmağa hazır vəziyyətdə, çərçivədə
təqdim olunmalıdırlar.

Müsabiqə iki mərlələdən ibarətdir;
– I mərhələ – layihənin mövzusuna və qoyulan tələblərə uyğun olan əsərlərin
münsiflər heyəti tərəfindən seçimi (seçilən bütün əsərlər sərgidə nümayiş
olunacaqdır);
– II mərhələ – “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq” və s. nominasiyalar
üzrə münsiflər heyəti tərəfindən I yerə layiq olan əsərlərin seçimi.

Mükafatlandırma:
– Müsabiqənin I mərhələsindən keçən bütün iştirakçılara sertifikat
veriləcəkdir;
– Hər nominasiya üzrə I yerə layiq görülən əsərlərin müəllifləri xüsusi
diplomlar və bir müəllif müsabiqənin ali mükafatı ilə təltif olunacaqdır;
– Müsabiqənin yekununa həsr olunmuş kataloq nəşr olunacaqdır.

Müsabiqənin yekunlarına həsr edilmiş 20 -22 dekabbrda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Tolerant gənclik” təsviri və dekorativ tətbiqi sənət sərgisi keçiriləcəksir.
Layihə və müsabiqə şərtləri ilə bağlı ətraflı məlumat almaq üçün əlaqə:
Ünvan: Bakı ş. Nərimanov r. H.Əliyev pr. 24.
Tel: +994 12 567 64 08,
+994 51 310 43 49
Fax: +994 12 566 56 69
Email: adramuseum@gmail.com Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: