Türkiyənin məşhur aktyorları azərbaycanlılarla eyni filmdə

Bütün dünyada “Qadına şiddətə son!”, “Usaq təcavüzünə, şiddətinə son!“ şüarlı bir sıra SOS siqnallı sosial layihələr gerçəkləşdirilir. Son zamanlarlar qadın qətllərinin çoxalması ilə bağlı sözügedən şüarlar gündəmin ən əsas mövzusuna çevrilib.

Frame.az xəbər verir ki, bu hadisəyə Azərbaycan və Türkiyənin tanınmış insanları da öz səsləri ilə etiraza qalxaraq bütün dunyada qadına və uşaqlara təcavüzə STOP şüarlarını qaldırıb.

Bu aksiyaya Türkiyə kinemotoqrafiyası da laqeyd qala bilməyıb. Mövzu ilə bağlı “Karanlıqdakı işık“ adlı bədii film çəkməyə başlayıb. Layihə böyük büdcə hesabına gerçəkləşir. Peşəkar komanda filmin Azərbaycan üçün də çox əhəmiyyətli olacağını düşünərək tanınmış prodüser Sevinc Zulfuqarlını bu layihəyə dəvət edib.

Filmdə məşhur turk aktyorları – “Kurtlar vadisi“ serialından Memati obrazı ilə tanıdığımız Gurkan Uygun, ”Oyle bir kecer zaman ki“ serialından Karoline obrazı kimi tanıdığımız məşhur almaniyalı aktrisa Uilma Elles (Wilma Elles) ilə yanaşı bir çox rollara azərbaycanlılar da rol alıb. Xüsusilə uşaqaq rollarında Aysel Əsədova, Amin Əsədov və bu filmdə ən önəmli rollardan olan psixoloq obrazında tanınmış dietoloq-həkim Leyla Zulfuqarlı da yer alacaqdır.

Beynəlxalq əhəmiyyətli bu layihənin Azərbaycan və Türkiyədən əlavə Almaniya, Rusiya və Avropanın bir cox ölkələrində də nümayişi və satışı həyata keçiriləcəkdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: