ASA: Ötən illə müqayisədə carı ildə sığorta bazarında 17% artım müşahidə olunur

Dünya təcrübəsinə nəzər saldıqda sığorta sektorununhazırkı səviyyəyə gəlib çatması üçün uzun inkişaf yolu keçdiyini görə bilərik. Azərbaycanda iqtisadiyyatın bu sahəsinininkişafı 2011-ci ildə “İcbari sığortalar haqqında” qanunun qəbulundan sonraya təsadüf edir. Avropa ölkələri ilə müqayisədə Azərbaycanda sığorta sistemi yeni olduğu üçün hal-hazırda inkişaf mərhələsindədir. 10 il öncəki sığorta bazarı ilə mövcud vəziyyəti müqayisə etdiyimiz zaman dəyişiklikləri, inkişafı aydın şəkildə görmək mümkündür.

Hər bir ölkədəinkişaf etmiş sığorta bazarının mövcudluğu həmin ölkə vətəndaşlarının sosial müdafiə mexanizminin də yüksək səviyyədə olması deməkdir. Bu isə dövlətin fəaliyyətinə kömək etməklə onun sosial yükünü nisbətən azaldır.Hazırda bütün ölkələr sosial müdafiə funksiyasının böyük bir hissəsini sığorta şirkətlərinə həvalə edir vəçox nadir hallarda humanistlik göstərib vətəndaş və ya quruma dəyən zərəriqarşılayırlar. Nümunə olaraq 2011-ci ildəABŞ-da qüllələrdə baş verən hadisənigöstərmək olar. Hadisə nəticəsində hesablanan 58 milyard dollarlıq zərərin hamısı sığorta şirkətləri tərəfindən ödənilmişdi.

İnkişaf etmiş ölkələrdə adambaşına düşən sığorta haqqı Azərbaycana nisbətəndaha yüksəkdir . Bu isə həmin insanlarda sığortaya olan inamla yanaşı sığorta mədəniyyətinində inkişaf etməsi ilə əlaqədardır. Bu inam isə onlarda qısa zaman ərzində formalaşmamışdır. Bütün ölkələrdə sığorta sektoru inkişaf mərhələsində oxşar çətinliklərlə üzləşib. İlk öncə icbari növlərin sayəsində əhaliyə sığorta sistemi, onun mexanizmi, faydaları tanıdılmış, cərimə mexanizmi ilə isə onun məcburiyyəti aşılanmışdır. İndiki dövrdə həmin ölkələrdə könüllü bazar inkişaf etməklə yanaşı, insanlara şirkətlər tərəfindən 100-lərlə məhsul təklif edilir. Azərbaycanda isə bu rəqəm 30-35 arasında dəyişir. Hal-hazırda bu rəqəm qənaətbəxşdir və əsas məqsəd bu məhsulların satışının həyata keçirilməsidir.

Azərbaycan sığorta bazarının inkişafını ləngidən və ona mane olan əsas amil isə insanlarda bu sahəyə olan inamın az olmasıdır. Düşünürlər ki, “sığorta etdirməyimin bir mənası yoxdur. Hadisə baş verdiyi zaman sığorta şirkətləri zərəri tam qarşılamayacaq”.

Vətəndaşlarında sığortaya inamın aşağı olmasınınəsas səbəbiməlumatlılıq səviyyəsinin aşağı olmasıdır.  Təəssüf ki, insanlarda sığortaya olan marağın yaradılması və artırılması maarifləndirmədən öncə cərimələrin qabardılması yolu ilə həyata keçirilir. İcbari sığorta növlərində qanunla irəli gələn cərimələrin  tətbiqi labüddür. Lakin cərimələrdən öncə insanlara qarşılanacaq zərər və əldə edəcəkləri fayda barədə məlumat verilməlidir. Bu yolla insanların sığortaya məcburi ödənilməli rüsum kimi yanaşmalarının qarşısını almaq olar.

Azərbaycanda vətəndaşların illik əmək haqqı orta hesabla 8000-9000 manat təşkil etdiyi üçün onlar sığortaya ödəmələri olduğu pulu əlavə xərc hesab edirlər. Bu isə gözlənilməz bir hadisə baş verdiyi zaman dəyən zərərin ən qısa zamanda ödənilməsini bəlkədə mümkünsüz edir.

Statistik göstəricələrə nəzər saldıqda şirkətlərin sığortanın müdafiə mexanizmini həyata keçirdiyini görə bilərik. 2020-ci ilin ilk 4 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17%-lik artımın müşahidə olunur. Belə ki, 2019-cu ildə Respublika üzrə 4 ay ərzində 265 mln manat sığorta haqqı toplanıldığı halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 311 mln manat təşkil edib.

Könüllü sığorta məhsulları üzrə 2020-ci ilin ilk 4 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19% -lik, İcbari sığorta məhsulları üzrə isə 14%-lik artım müşahidə edilir. Həyat sığorta bazarı üzrə 12%-lik, qeyri -həyat sığorta bazarı üzrə isə 28%- lik artım nəzərə çarpır.

2020 ci ilin əvvəlindən etbarən Aqrar sığorta haqqında qanunun tətbiqinə başlanıldı və bu sahədə mühüm addımlar atıldı. İlk olaraq Aqrar Sığorta Fondu yaradıldı və onun fəaliyyət mexanizmi quruldu.Aqrar Sığorta FonduTARSİM –in təcrübəsini nümunə götürərək bir sistem yaratdı və qısa zamanda bu sistemdən müsbət nəticə əldə ediləcəyi gözlənilir. Təbii ki, qurulan bu yeni sistem fermer təsərüffatı ilə məşğul olan biznes subyektlərinin fəaliyyətinə müsbət təsir edəcək.

Hal-hazırda Azərbaycan sığorta bazarında bir sıra məhsulların inkişafına xüsusi diqqət yetirilir. Artan təbii fəlakətlər və digər risklər kənd təsərrüfatı ilə məşğul olan və qazancını bu sahədən əldə edən şəxslərə çətinliklər yaradırdı. Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşısının alınması və gəlirlərinin qorunması üçün bir mexanizmdir. Lakin fermerlərin sığorta haqqında və onun qarşıladığı risklər haqqında tam məlumatının olmaması sığortanın bu növünün inkişafına mane olan ən mühüm səbəb idi. Buna görədə ilk olaraq fermerlərdə sığortaya olan marağın və sığorta mədəniyyətinin artırılması istiqamətində müəyyən addımlar atıldı.  Nəticədə 2020-ci ilin ilk 4 ayında 2019- cu ilin eyni dövrü ilə müqayisədə “kənd təsərrüfatı heyvanlarının sığortası” üzrə yığımlarda 135%-lik, “kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası” üzrə isə 300%-lik artım müşahidə edildi.

Beləliklə, təkmilləşməyə və inkişaf etməyə hələ də ehtiyac olsa da, son beş ilin göstəricilərinə nəzər saldıqda Azərbaycanda sığorta sahəsinin əvvəlki illərlə müqayisədəinkişaf etdiyini görmək mümkündür.

Frame.az

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: