IqtisadiyyatTəqdimatƏn Son

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Bakıda təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Frame.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sənədin 3 əsas amil üzərində qurulduğunu bildirib. Diqqətə çatdırılıb ki, Niyyət Protokolu çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etmək üçün tərəfdaş qurumlar arasında bacarıqların artırılması, o cümlədən qabaqcıl təcrübələrin paylaşılması, mütəxəssislərin mübadiləsi və birgə araşdırmaların aparılması nəzərdə tutulur. Həmçinin ekspert məsləhətləşmələri və texniki yardımın, təhsil proqramları, təlimlər, ixtisaslaşdırılmış kurslar və digər vasitələrlə insan resursları bacarıqlarının artırılması məsələləri həyata keçiriləcək.

Tərəfdaşlar Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qardaşlıq əlaqələrinin gücləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bu sənədin əhəmiyyətini vurğulayıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!