AZAL Bakı- İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə  davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

Yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19)  testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin  COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Bu halda İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşları karantindən azad edilirlər. Lakin həmin reysin sərnişinlərində COVID-19 əlamətləri aşkar edildikdə onlar təkrar surətdə tibbi müayinədən keçirilə bilərlər.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında açılmışdır. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin  ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılır.

Bakı-İstanbul xüsusi reysi barədə videoçarxı qeyd olunan keçiddən istifadə etməklə izləyə bilərsiniz:

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!