IqtisadiyyatMobil dünyaMüsabiqələrTəqdimatƏn SonƏn SonƏyləncə

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan!

Ölkənin aparıcı mobil operatoru 23-cü ildönümü ilə əlaqədar hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət edir.

Frame.az xəbər verir ki, 1996-cı il 15 dekabr tarixində, Azərbaycanın ilk GSM mobil operatoru – Azercell Telekom ölkənin keçmiş prezidenti Heydər Əliyev tərəfindən edilən ilk mobil zəngi ilə fəaliyyətinə təkan verdi.

23-cü ildönümünü öz abunəçiləri ilə birgə qeyd etməyi arzulayan Azercell 15 dekabrda rəsmi İnstaqram səhifəsi vasitəsilə xüsusi müsabiqə-viktorina elan edir. Müsabiqə yerli vaxtla 11.00-da başlayaraq, axşam 22.00-a qədər davam edəcək. Belə ki, hər 30 dəqiqədən bir İnstaqramda Azercell, onun məhsulları və xidmətləri ilə bağlı 23 sual yerləşdiriləcək və bu suallara ilk və düzgün cavab verən iştirakçılar şirkətdən hədiyyələr qazanacaqlar. 23 qeyri-adi super priz və 230 sürpriz hədiyyə öz sahibini gözləyir.

İnstagram profilinə sahib olan hər kəs yarışmada iştirak edərək suallara cavab verə və qalib gələ bilər. Daim yenilənən İnstagram səhifəmizi izləyin və 23-cü ildönümümüzdə bizdən müstəsna hədiyyələr qazanmaq şansını qaçırmayın:

https://www.instagram.com/azercell/

Azərbaycanda etibarlı və ən qabaqcıl mobil rabitə həllərini təqdim edən Azercell 23-cü ildönümü sevincini abunəçiləri ilə bölüşməkdən böyük məmnunluq duyur.

Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən yararlanmaq olar:
www.azercell.com
https://www.instagram.com/azercell/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!