Azercell qeydiyyatdan keçmiş müştəriləri üçün Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir

“Google Pay”, Keşbek və “Cash-in” ən son əlavə edilən xidmət çeşidləri olub

“Azercell”in “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək “Rəqəmsal kart”ın mövcud xidmət istiqamətlərinə “Google Pay”, Keşbek və “Cash-in” xidmətləri də əlavə edilib: Kartın və cüzdanın aktivləşdirilməsi – “Kabinetim” tətbiqi daxilində “Azercell” xidmət və satış mərkəzlərinə gəlmədən rahat və tez bir şəkildə “Rəqəmsal Kart”a qoşulma; “Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya; “Google Pay” və “Apple Pay” – kartı üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək; Keşbek – bütün supermarket, yanacaqdoldurma məntəqəsi, aptek, və avtomobil ehtiyat hissələri mağazalarında 5 faiz, digər ticarət və xidmət məkanlarında isə 1 faiz keşbek; “Cash-in” – “eManat” terminallarında “Rəqəmsal kart”ın balansının artırılma; Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək; Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – “Azercell Rəqəmsal kartı”nın istifadəçiləri arasında bir elektron cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə; Tətbiq daxilində balansın artırılması –hər hansı digər tətbiqə keçmədən cüzdanın balansını birbaşa “Kabinetim” tətbiqində artırmaq; Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişləri Kabinetim tətbiqində etmək; Cüzdana bağlı olan nömrənin dəyişdirilməsi – abunəçinin karta bağlı mobil nömrəsini digəri ilə dəyişdirmə imkanı; Kartın Pin kodunun təyin edilməsi – istifadəçi tərəfindən kartın unikal pin kodunun yaradılması və dəyişdirilməsi.

“Azercell”in bazara “akart” ticarət markası altında çıxardığı bu “Rəqəmsal kart”ın yeni xidmət istiqamətlərinin genişlənməsi davam edəcək.

“akart” “PAŞA Bank”, “Visa” və “AzInTelecom”la əməkdaşlıq çərçivəsində tərtib olunaraq ərsəyə gəlib. Kartın emitenti “PAŞA Bank”dır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: