FinansIqtisadiyyatTurizmTəqdimat

® “Rabitəbank” ilə Almaniyanın nəhəng maliyyə qurumu arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

“Rabitəbank” ASC ilə Almaniyanın nəhəng “Deutsche Sparkassenstiftung für Internationale Kooperation e.V” fondu arasında vacib əhəmiyyətli müqavilə imzalanıb.

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişafı Nazirliyi sözügedən fonda Azərbaycanın iqtisadi rayonlarında, kənd və qəsəbələrində Mikro və Kiçik Sahibkarların (MKS) sahibkarlıq bacarıqlarını təşviq etmək və onların müvafiq risk idarəetməsi imkanlarını təkmilləşdirməklə, iqlim dəyişikliyi kimi xarici amillərə davamlılığını artırmaq üçün məsləhət xidmətləri və təlimlər hazırlamağı həvalə edib. Belə ki, fond “Cənubi Qafqaz və Ukraynada Mikro və Kiçik Sahibkarların dayanıqlı inkişafı üçün kənd təsərrüfatının maliyyələşdirilməsinin təşviq edilməsi” layihəsi çərçivəsində kəndlərdə maliyyə xidmətlərinin əldə edilməsi və istifadəsinin yaxşılaşdırılması üçün məqsədyönümlü tədbirlər görəcək. Həmçinin sazişə əsasən, tərəfdaşımız tərəfindən “Rabitəbank”a aqrar təsərrüfatlar və fermerlər üçün kreditlərin anderraytinqi və portfel risklərin idarəedilməsi istiqamətində dəstək xidmətləri göstəriləcək.

Mikro və Kiçik Sahibkarların biznesdə inkişafına xüsusi dəstək göstərən “Rabitəbank” “Deutsche Sparkassenstiftung für internationale Kooperatione e.V” fondu ilə yanaşı, digər maliyyə qurumları ilə də əməkdaşlıqlarına təkan verərək xüsusi tədbirlər görəcək.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli “Çağrı” mərkəzi ilə müştərilərin xidmətindədir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!