Baku City CircuitFormula 1IdmanTəhsilTəqdimat

Bakı Marşal Klubu məktəblilər üçün təlim keçirib

Paytaxtımızda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində məktəblilər üçün təlim keçirilib. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun 1 aprel tarixində baş tutan təlimlərində SABİS, Landau, 132 və 134 saylı məktəblərin şagirdləri iştirak edib. Ümumilikdə 75 məktəbli Formula 1 avtoidmanı və marşallıq fəaliyyəti ilə bağlı keçirilən təlimdə nəzəri-praktiki biliklərə yiyələnib.

Təlim zamanı Formula 1 maşınlarının texniki xüsusiyyətləri, marşalların bu idman növündə rolu və onların fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Bununla yanaşı, şagirdləri maraqlandıran bütün suallar təlimçilər tərəfindən cavablandırılıb. Sonda isə məktəblilərə hədiyyələr və sertifikatlar təqdim olunub.

Təlimdən sonra şagirdlər Azərbaycan Avtomobil Federasiyası sürücülərinin Volkicar maşınları ilə göstərdiyi şounu izləyib. 

Qeyd edək ki, Bakıda yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!