Bakıda Herbalife reseptlər kitabının təqdimatı keçirilib
Bakıda Azərbaycan üçün xüsusi olaraq hazırlanmış yeni Herbalife reseptlər kitabının təqdimatı uğurla keçirilib. “Mezzo Lounge” restoranında keçirilən tədbir 25 media nümayəndəsini və qida bloqerlərini, yemək bişirməyi və balanslı qidalanmağı sevənləri, sağlam həyat tərzinin tərəfdarlarını bir araya gətirib.
Herbalife-ın Qafqaz üzrə Biznesə Dəstək üzrə Baş Meneceri İrakli Çaçanidze qonaqları salamlayaraq, Herbalife-dan Azərbaycanda yeni reseptlər kitabının hazırlanmasının brendə və kulinariya istiqamətinə maraq göstərdiklərinə görə minnətdarlığını bildirdi: “ Bu layihədə iştirak etdikləri üçün bütün əməkdaşlara və əlbəttə ki, Herbalife Müstəqil Tərəfdaşlarına kitabın yaradılmasında şəxsi iştiraklarına və Azərbaycanda balanslaşdırılmış qidalanma və sağlam həyat tərzinin təbliğinə verdikləri böyük töhfəyə görə təşəkkür edirəm. Bu kitab bizim birgə işimizin bəhrəsidir.” İrakli onu da qeyd edib ki, bu il Herbalife Azərbaycanda biznes fəaliyyətinin on illiyini qeyd edir.”
Bütün qonaqlar yeni kitabdan müxtəlif yeməklərin dequstasiyasına və baş aşpaz Seymur Cavadovun təravətləndirici protein kokteyllərinin hazırlanması üzrə master-klassa dəvət olunub. Tədbirdə Herbalife-ın qidalanma üzrə eksperti Emil Hidayətli yeni reseptlər kitabının aktuallığından və müasir qidalanma tendensiyalarından danışıb.
Herbalife-ın reseptlər kitabında şirkətin məhsullarından istifadə edilən 29 resept, o cümlədən Azərbaycanın milli mətbəxinin desert yeməkləri var. Kitab Herbalife Müstəqil Tərəfdaşlarının rəyi ilə hazırlanmışdır. Kitabın onlayn versiyası Herbalife.az saytında mövcuddur.
Herbalife 1980-ci ildən bəri balanslaşdırılmış qida məhsulları ilə insanların həyatını dəyişdirən, həmçinin Müstəqil Tərəfdaşları üçün yeni iş imkanları açan dünyanın aparıcı şirkətlərindən biridir. Herbalife təkcə elmi nailiyyətlərə əsaslanan yüksək keyfiyyətli məhsullar deyil, həm də insanları sağlam və aktiv həyat tərzi sürməyə ruhlandıran bir cəmiyyətdir.