Barış Akarsu pərəstişkarlarından gözlənilməz addım

Barış Akarsu pərəstişkarları maraqlı addım atıb. Belə Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema-da iki gənc Barış Akarsunun xatirəsini yad etmək üçün, bir saat ərzində onun mahnılarını ifa ediblər. Bu addım insanlar tərəfindən böyük marağ və rəğbətlə qarşılanıb. Bundan əlavə onların ifaları zamanı türk ulduzunun balaca dinləyicisi də onlara qoşulub. Nəticədə isə marağlı anlar qeydə alınıb.

Nəzərinizə çatdıraq ki, 17 noyabrdan etibarən tamaşaçılara Park Cinema kinoteatrlarında “Barış Akarsu Merhaba” filmi təqdim olunub.

Filmdə türk musiqi tarixinin əfsanəvi rokçusu Barış Akarsunun həyatı haqqında bəhs edilir. Filmi izləmək istəyənlər biletləri www.parkcinema.az saytına keçid edərək əldə edə bilərlər.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: