Dünya MətbəxiLəzzətli Bölüm

Dayanma-Snikerslə

Sizlərə ev şəraitində snikersin hazırlanması qaydasını təqdim edirik.

1 su stəkanı toz şəkər
5 yemək qaşığı su
5-6 damla limon suyu
80 qr qaymaq
100 qr duzsuz kərəyağı
1 çay qaşığı vanil
200 qr qabıqları soyulmuş duzsuz yer fıstığı (qovurulmuş)

Üstü üçün:
2 paket bitter şokolad

Hazırlanması
Şəkər, su və limon suyunu orta boy bir tavaya töküb şəkərin çox yanmamasına diqqət yetirərək karamel əldə edin. Rəngi südlü qəhvəyiyə döndüyündə kərə yağını əlavə edib qarışdıraraq əridin daha sonra qaymağı əlavə edib sürətlicə qarışdırın. Ən son fıstıq və vanili əlavə edib ocaqdan alın.

Qarışığı gözlətmədən yağlı kağız sərilmiş kiçik bir nimçəyə yayıb soyuducuya qoyun. Yaxşıca donduqdan sonra (təxminən 3 saat davam edir), istədiyiniz böyüklükdə kəsib, əritdiyiniz şokolada bulayaraq yağlı kağız sərilmiş bir nimçəyə alın. Şokolad donana qədər (təxminən bir saat) soyuducunda gözlətdikdən sonra snickerslar xidmətə hazırdı.

Nuş olsun!

Qeyd: Soyuducundan çıxınca karamel çox sərt olur buna görə xidmətdən 10-15 dəqiqə əvvəl çıxartmanızı tövsiyə edirik.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!