EkoSivil Gənclik

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə Firuzə Harunovanın rəhbəri olduğu “EkoSivil Gənclik” layihəsinə start verilir.

20-ci əsrin sonlarında Yer kürəsində mövcud təbii ehtiyyatların azalması, bəzi hallarda isə tükənməsi, ətraf təbii mühitin çirklənməsi və pozulması kimi məsələlər son həddə kəskinləşdi və nəhayət ki bəşəriyyəti düşündürməyə başladı. Elə o zamanlar sivilizasiyanın yeni mərhələsinə keçidin zəruriliyi konsepsiyası ortaya çıxdı. Davamlı insan potensialına əsaslanan ekolojı sivilizasiyaya keçid prosesinin ən əsas amili insandır. Yaşıl iqtisadiyyatı yalnız “yaşıl təfəkkür”-ə malik olan, sosial məsuliyyətini dərk edən insanlar həyata keçirə bilər. Bu səbəbdən ekoloji sivilizasiyaya keçidin idarə edilməsində təhsil və məlumatlandırmanın rolu olduqca əhəmiyyətlidir.

“Ekosivil Gənclik” layihəsinin əsas məqsədi gəncləri davamlı inkişaf konsepsiyası haqqında dərindən məlumatlandırmaq, ekoloqiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq və gənclərin “yaşıl fəaliyyət”-ini stimullaşdırmaqdır. Layihənin sonunda iştirakçılar öz “yaşıl” start-up ideyalarını təqdim edəcəklər.

Layihənin keçirilmə tarixi: 8, 9, 10 Fevral 2017-ci il

Layihə forması: Qeyri-formal təhsil metodları vasitəsi ilə keçirilən təlim kursu
Son müraciət tarixi: 30.01.2017
Müraciət üçün aşağıdakı linkə daxil olun:
http://ireli.az/?page_id=4323

İştirakçıların seçim meyarı :

Yaş məhdudiyyəti: 16-29
Ekoloqiya və davamlı inkişaf sahəsinə marağı olmalı
Bu sahədə yüksək motivasiyalı olmalı
Qeyd: Seçim online müraciət və müsahibə əsasında aparılacaq.

Əlaqələndirici şəxs: “EkoSivil Gənclik” layihəsinin rəhbəri Firuzə Harunova

Əlaqə vasitələri: firuza.harunova@ireli.az, +994552207104 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: