FHN: Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə yanvarın 20-də Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.

Fövqəladə Hallar Nazirliyindən Frame.az-a bildirilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Eyni zamanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin FHN-in psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar FHN-nin “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: