Formula 1 Azərbaycan Qran-Prisi: “Aston Martin” komandasının pilotu Lans Strollun bolidi səddə çırpılıb

Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turu müvəqqəti olaraq dayandırılıb.

“Aston Martin” komandasının pilotu Lans Stroll 15-ci döngədən çıxarkən boldidi səddə çırpılıb. Təkəri zədələnən kanadalı pilotun bolidi yararsız hala düşüb. Buna baxmayaraq, hazırda ən yaxşı göstərici ona məxsusdur – 1 dəqiqə 42 saniyə.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışırlar.

Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb. “Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Red Bull Racing”in pilotları – Serxio Peres və Maks Ferstappen ilk iki pillədə yer alıblar. İlk üçlüyü “Ferrari”nin üzvü Karlos Sayns qapayıb. Üçüncü sərbəst yürüşdə isə “AlphaTauri” komandasının pilotu Pyer Qasli, Serxio Peres (“Red Bull Racing”) və Luis Hamilton (“Mercedes”) fərqləniblər.

İyunun 6-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: