Baku City CircuitFormula 1IdmanTəqdimat

Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli biletləri əldə etməyə 3 gün qalır

F1 azarkeşləri üçün 20 faizlik endirim fürsətinin bitməsinə sayılı günlər qalır 

2023-cü ilin 28-30 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli erkən bilet satışının bitməsinə son 3 gün qalıb. F1 həyəcanını yenidən yaşamaq istəyənlər 20% endirimlə təklif olunan kampaniyadan 15 yanvar tarixinədək yararlana bilər. Bu tarixdən sonra biletlərin satışı tam qiymətlərlə davam etdiriləcək. 

Hazırda avtoidman həvəskarları ilkin endirim kampaniyası müddətində ayaqüstü yerlər üçün biletləri 40 manatdan 120 manatadək, tribuna biletlərini 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletləri isə 110 manatdan 480 manatadək olan qiymət aralığında əldə edə bilərlər.

Qeyd edək ki, bu il həmvətənlərimiz və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək daha sərfəli qiymətlərlə təklif olunur.   

Azarkeşlər Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün biletləri  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:

“28 Mall” Ticarət Mərkəzi 

“Gənclik Mall” Ticarət Mərkəzi

Heydər Əliyev Sarayı 

Köşk №1 (M.Rəsulzadə 3)

Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)

1 saylı “ASAN xidmət” mərkəzi

2 saylı “ASAN xidmət” mərkəzi

3 saylı “ASAN xidmət” mərkəzi

4 saylı “ASAN xidmət” mərkəzi

Sumqayıt “ASAN xidmət” mərkəzi

Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı bu il də azarkeşlərə yüksək sürət və adrenalin dolu anlar vəd edir.

Bu sürətin birbaşa şahidi olmaq üçün BŞH azarkeşləri bu müddətdə endirimdən tezliklə yararlanmağa çağırır!

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!