Baku City CircuitFormula 1Formula1Idman

Formula 1 Azərbaycan Qran Prisindən sonra yollar rekord sürətdə açılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sakinlərin rahatlığını düşünərək builki Formula 1 Azərbaycan Qran Prisi zamanı bağlanan prospekt və küçələri yarışdan sonra ötən illərlə müqayisədə ən sürətli şəkildə açaraq sakinlərin istifadəsinə verib. 

Belə ki, BŞH bu il yollarda söküntü və demontaj işlərini rekord sürətdə həyata keçirib. Yarışın bitməsindən dərhal sonra, operativ olaraq mərhələli şəkildə açılan yollar 3 gecəyə tamamilə tikinti-quraşdırma  konstruksiyalarından təmizlənib.

Qeyd edək ki, bu il Bakı yarışı zamanı ilk dəfə olaraq sürücülərin və şəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə 24-29 aprel tarixlərində trekin əhatə etdiyi bəzi yollar səhər və axşam, nəqliyyatın sıx olduğu saatlarda əhalinin istifadəsinə verilib. 

Xatırladaq ki, paytaxtımız artıq yeddinci dəfə bu mötəbər idman yarışına ev sahibliyi edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!