MədəniyyətSəyahətTəqdimat

Fuad Axundov Azərbaycanda qramofon vallarının tarixi haqqında danışıb

Bakıda “Vinyl Hendrick’s Club” layihəsi çərçivəsində məşhur tarixçi, “Bakının sirləri” televiziya silsilə verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovla vinil vallara həsr olunmuş tədbir təşkil olunub.

Tədbir “Hendrick’s” brendinin ilk “lighthouse”u olan “LaFontaine” kafesində keçirilib. Tədbir zamanı Fuad Axundov Azərbaycanda vinil valların tarixi, Riqa, Varşava, Kiyev və Moskvada ifaları vinil vallara yazılan ilk azərbaycanlı musiqiçilər, “Vostoçnaya lira”, “Amerika” kimi qramofon valların satışı mağazaları, paytaxtda fəaliyyət göstərən “Pate”qramofon səs yazma şirkəti, Azərbaycanda ilk musiqi texnikumu, ölkədə musiqi mədəniyyətini dəstəkləyən mesenatlar, 1887-ci ildə ilk dəfə olaraq qramofonu icad edən amerikalı ixtiraçı Emil Berliner və s. haqqında məlumat verib.

 Fuad Axundov təqdimatın hazırlanmasında 1967-ci ildə yaradılan Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə öz minnətdarlığını bildirib və qeyd edib ki, hazırda da eksponatlar arasında musiqi alətləri ilə yanaşı gramofonlar, patefonlar və qramofon valları saxlanılır.

«“Vinyl Hendrick’s Club” layihəsi çərçivəsində Azərbaycanda vinil valların tarixi haqqında eksklüziv təqdimatı hazırlamaq mənim üçün çox maraqlı bir təşəbbüs idi və Bakının tarixi və mədəniyyətinin təbliğatında göstərdiyi dəstəyə görə qeyri-adi “Hendrick’s” cininin istehsalçısı olan “William Grant & Sons” şirkətinə öz təşəkkürümü bildiririəm. Belə ki, sözügedən şirkətin dəstəyi ilə ötən il Azərbaycan sülalələrinə həsr olunmuş maarifçilik silsilə tədbirlərini özündə birləşdirən “Family Run” adlı layihə həyata keçirə bilmişik”, – deyə Fuad Axundov qeyd etdi.

Tədbir zamanı qonaqlar vinil vallar üzərində ifa olunmuş DJ musiqisindən həzz alıb, qeyri-adi “Hendrick’s” şotland cininin dadına baxdılar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!