Mobil dünyaTəqdimat

Gedər-gəlməz valyuta mübadiləsi: təcavüzkarlar valyuta mübadiləsini təqlid edən “Telegram” botu vasitəsilə pul oğurlayırlar

“Kaspersky” mütəxəssisləri tərəfindən aşkar edilmiş yeni fırıldaq sxemində təcavüzkarlar onlayn valyuta mübadiləsi xidmətini təqlid edirlər. Belə ki, fırıldaqçılar rusdilli istifadəçilərin pulunu oğurlamağa çalışır, eyni zamanda şəxsi və maliyyə məlumatlarını zorla ələ keçirirlər. Sxemin özü özü bir neçə elementdən ibarətdir. 

Fırıldaq saytı. Təcavüzkarlar guya valyuta və kriptovalyuta mübadiləsini təklif etdikləri bir resurs yaradıblar. İnandırıcı görünür: onun istifadəçi rəyləri, kontakt və xidmət qaydaları olan bölməsi, habelə bir şəxsin sonda alacağı məbləği hesablamaq üçün bir forma yer alır. Saytın müəllifləri istifadəçilərin niyə məhz onları seçdiyinə dair arqumentlər gətirirlər. Onların arasında: məxfilik, məlumatların qorunması və şəffaf mübadilə şərtləri var.

“Telegram” botu. Bir şəxs valyuta dəyişdirmək qərarına gəldikdə, bunun üçün ondan Telegram botuna müraciət etməsi xahiş olunur. Botun təsvirində deyilir ki, xidmət MDB ölkələri və dünya üzrə xaricə valyuta mübadiləsi əməliyyatlarını və köçürmələri həyata keçirir. Potensial qurban, məsələn, nağd xarici valyuta almağı seçərsə, ondan üç addımı yerinə yetirmək istəniləcək: menecerlə ərizəni doldurmaq, istənilən bir üsulla onlayn ödəniş etmək və məntəqəyə yaxınlaşıb nağd pulu götürmək. 

Daha sonra bu ssenari çərçivəsində operator ərizəni təsdiqləmək üçün dialoqa qoşulur. O, əskinasların götürmək üçün müştəriyə uyğun məntəqə və vaxtı, eləcə də müştərinin istədiyi əskinası müəyyənləşdirir. Saxta xidmətin meneceri pulu alan şəxsin tam adını və telefon nömrəsini, həmçinin ödənişi hansı bank vasitəsilə edəcəyini soruşurlar – bu, guya rekvizitləri götürmək üçün lazımdır. Eyni zamanda, operator müştərinin pulu köçürməsindən sonra 40-60 dəqiqə ərzində vəsaitin çəkilməyə hazır olacağını bildirir. Bununla belə, nəticədə qurban nəinki pulunu itirir, həm də təcavüzkarlarla yazışmalar zamanı paylaşılan şəxsi məlumatlarını riskə atır.

“Hər kəs ‘Telegram’-da öz botunu yarada bilər. Təəccüblü deyil ki, fırıldaqçılar öz sxemlərini həyata keçirmək üçün bu alətdən getdikcə daha çox istifadə edirlər, çox insan Telegram botlarının işləmə prinsiplərini tam başa düşmür. Lakin bu, bu cür xidmətlərdən istifadəyə mane olmamalıdır. Sadəcə olaraq rəqəmsal gigiyena qaydalarını xatırlamaq və onlayn ödənişlərə son dərəcə ehtiyatla yanaşmaq vacibdir”, – deyə “Kaspersky”-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Fırıldaqçıların qurbanı olmamaq üçün “Kaspersky” mütəxəssisləri tövsiyə edirlər:

maliyyə əməliyyatları üçün yalnız uzun müddət bazarda mövcud olan rəsmi, etibarlı xidmətlərdən istifadə edin;

istifadəçi rəylərinə diqqət yetirin, mənfi şərhləri diqqətlə öyrənin. Hər hansı bir şübhə yarandıqda, başqa bir xidmətdən istifadə etmək daha yaxşı olar;

xidmətin zəmanət və qəbzlər verib-vermədiyini yoxlayın;

əgər xidmət təzəlikcə istifadəyə verilibsə, məsələn, domen bir aydan azdır ki, aktivdirsə, ehtiyatlı olmalısınız;

şübhəli linkləri, hətta tanıdığınız biri göndərsə belə, açmayın;

Kaspersky Premium” kimi etibarlı təhlükəsizlik həllindən istifadə edin. O, sizi fişinq və ya fırıldaqçı resursa keçmək cəhdi barədə xəbərdar edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!