FashionHandmadeTəqdimat

Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyası IDFW-nin çoxmilyonluq auditoriyasına təqdim olunur – VİDEO – FOTO

Azərbaycanın tanınmış dizeyneri Gülnarə Xəlilovanın “Qarabağ” adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə  IDFW  (International Digital Fashion Week) ABŞ-da birinci rəqəmsal Dəb həftəsində təqdim olunur.

Frame.az xəbər verir ki, dəb həftəsinin açılışı sentyabrın 5-də 75 ölkədən olan təmsilçilərin iştirakı ilə başlayıb.

“International Digital Fashion Week” Amerikanın, Avropanın və Asiyanın dəb dünyasını birləşdirən meydançadır. Layihədə dünyaca tanınmış dizaynerlər iştirak edəcəklər, dünya brendlərinin kolleksiyaları təqdim olunacaq.

Koronavirus pandemiyası ilə əlaqədar layihə onlayn təqdim olunacaq. IDFW Dəb həftəsi bütün dünya üzrə milyonlarla tamaşaçının baxdığı FNL telekanalı və tətbiqi (https://linktr.ee/fnlnetwork) vasitəsilə yayımlanır. FNL şəbəkəsi “Apple TV”, “Roku TV”, “Andriod TV”, “Amazon Fire TV”də, habelə  bütün “Android” və “Apple iOS” qurğularında baxmaq üçün əlçatandır. Kolleksiyalar altı ay ərzində platformada əlçatan olacaqlar. “FNL Network”in banisi Rokko Leo Qaqliotidir (ABŞ).

Xatırladaq ki, Gülnarə Xəlilovanın kolleksiyaları Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə keçirilən Moda Həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim olunmuşdu.

VİDEO https://www.youtube.com/watch?v=XKH0pXCymAE&feature=youtu.be

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!