Mobil dünyaTəqdimat

Hər ikinci kibertəhlükəsizlik mütəxəssisi karyerasının əvvəlində lazımi biliklərin çatışmazlığı səbəbindən səhvə yol verib

Dünya üzrə kibertəhlükəsizlik mütəxəssislərinin yarısından çoxu bilik və ya texniki bacarıqların olmaması səbəbindən karyeralarının əvvəlində işdə səhvlərə yol veriblər və bu göstərici iki ildən beş ilədək təcrübəsi olan şəxslər arasında təxminən 60%-ə çatır. Bu məlumatlar Kaspersky tərəfindən peşəkar təhsilin informasiya təhlükəsizliyi üzrə mütəxəssislərin karyerasında hansı rol oynadığını öyrənmək məqsədilə keçirdiyi qlobal sorğunun* nəticələridir.

Kibertəhlükəsizlik sənayesinə yeni gələnlərin yol verdiyi səhvlərə gəldikdə, ən çox üç növ səhvə rast gəlinir. Belə ki, respondentlərin 43%-i proqram təminatını həmişə vaxtında yeniləməyib, 42%-i zəif şifrələrdən istifadə edib, 40%-i isə ehtiyat nüsxələrinin vaxtında yaradılmasını nəzərdən qaçırıb.

“Təhsil proqramlarının yaradıcıları sənayedəki dəyişiklikləri nəzərə almağa çalışırlar və bu kibertəhlükəsizlik sahəsindəki layihələr üçün də xarakterikdir. Bir çox gənc mütəxəssislər bilik və ya təcrübəyə sahib olmaya bilər ki, bu da korporativ proseslərə daxil olma mərhələsində əlavə təlimin vacibliyini önə çəkir. Şirkətlər işçilərin inkişafına daha çox diqqət yetirməlidirlər. Kaspersky üçün insanlar əsas dəyərdir, ona görə də biz onların təliminə sərmayə qoyur və onların karyerası boyunca peşəkar inkişaf mədəniyyətini stimullaşdırırmaq üçün imkanlarımızı səfərbər edirik. Biz həmçinin xüsusi təlimlər hazırlamaqla informasiya təhlükəsizliyi mütəxəssisləri arasında praktiki bacarıqların çatışmazlığı problemini aradan qaldırmağa kömək edirik”, – deyə Kaspersky-nin insan resursları üzrə direktoru Marina Alekseeva bildirir.

* Sorğu Kaspersky-nin sifarişi ilə dünyanın müxtəlif yerlərindən olan 1,012 nəfərin iştirakı ilə aparılıb.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!