“Honda” Bakıya daxiliyanma mühərriki gətirib
“Honda” motorçuları vəd edilmiş güc qurğularının bir hissəsini Bakıya gətiriblər. Bu yenilik Formula-1 çempionatının Kanada Qran-Prisində debüt olunmalı idi, lakin yaponlar həmin yürüşə bunu çatdırmadılar və nəticədə “McLaren” komandası tərəfindən sərt tənqid edildilər. Zak Braun Monrealda tərəfdaşları ilk dəfə hamının qarşısında tənqid edərək onlara ultimatum verib: əgər yaxın vaxtlarda inkişafa nail olunmasa, münasibətlər pozulacaq.
Frame.az xəbər verir ki, Formula-1 yarışında “Honda” layihəsinin rəhbəri Yusuke Xaseqava bu cür təhdid olmadan belə şirkətin əlindən gələni etdiyini bildirib. Onun sözlərinə görə, yenilənmə daxiliyanma mühərrikinə, turbinlərə və MGU-H sisteminə aiddir. Şirkət “McLaren” komandasını rəsmən məlumatlandırıb ki, yenilənmə gücü 12 a.g. qədər artırmağa imkan verməlidir. Lakin güman ki, yapon şirkəti qurğunun potensialını qəsdən azaldaraq özünü sığortalayır ki, sonradan nəsə düz olmasa, özünə bəraət axtarmasın. Digər mənbələr bildirir ki, güc təxminən 30 a.g. qədər artır. Onun təxminən yarısı daxiliyanma mühərrikinin yeni forkamerası hesabınadır. Nəzəri cəhətdən mühərrikin yeni variantı daha güclü olmalı idi, lakin yaponlar gücü artıranda mexanizmdə vibrasiyaların öhdəsindən gələ bilməyiblər, odur ki, mühərrikdə yenilənmənin ikinci hissəsi yay fasiləsindən sonra meydana çıxacaq.
“McLaren” komandası problem aşkar edərsə, köhnə variantına qayıdacaq. Problem ondan ibarətdir ki, hər iki pilot start sırasında 15 yer itirəcək, deməli, sonuncu başlayacaq. Pilotların daxiliyanma mühərriki ehtiyatı hələ ki var, lakin hər iki maşında yeni turbinlər və MGU-H mövsüm ərzində altıncı dəfə istifadə ediləcək ki, bu zaman cərimə qaçılmazdır.