IdmanTəqdimatTəqdimat

İdmançılarımız Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər

17- 19 sentyabr tarixlərində Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançılarımız Aleksandr Pluşenko, Arina Kalugina, o cümlədən buz üstündə rəqs cütlüyü Anna Obrien və Drake Tonq Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pri yarışında iştirak ediblər.

 

Azərbaycanı ilk dəfə təmsil edən Aleksandr Pluşenko debüt çıxışında qısa və sərbəst proqram üzrə buz üstünə çıxaraq 33 idmançı arasında 171.65 xal toplayıb və 13-cü yerdə qərarlaşıb.

 

Arina Kalugina isə 39 idmançı arasında 144.25 xal qazanaraq 17-ci yerə sahib olub.

 

Cütlüyümüz Anna və Drake ritm və sərbəst rəqs üzrə 118.76 xal toplayaraq 20 cütlük arasında 12-ci sırada qərarlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!