Kakaolu pudinq
Hər zaman ki, kimi Emin ustamızın hazırladığı kakao pudinqin reseptini təqdim edirik. Bunun üçün aşağıdakı ərzaqlar lazım olacaq.
Tərkibi:
Süd – 1l
Şəkər – 200 qr
Nişasta- 100 qr
Yumurta sarısı – 1 ədəd
Kakao – 50 qr
Hazırlanması:
Bir qazana süd, nişasta, kakao əlavə edib az xodda bişirməyə qoyuruq. Mikserlə yumurta sarısını və şəkər tozunu, şəkər əriyənə kimi qarışdırıb sonra südə əlavə edib bişirirsiniz. Bişdikdən sonra qablara tökülüb soyumağa qoyulur. İstəsəniz üzərinə qoz ,fındıq,hər hansı bir meyvəni qoya bilərsiniz. Nuş olsun!