Mobil dünyaTəqdimat

Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib

Son üç il ərzində Kaspersky maşın öyrənmə sahəsində 53 patent əldə edib. Onların əksəriyyəti zərərli proqramların aşkarlanması, həyati vacib infrastrukturun qorunması, anti-fişinq texnologiyaları və təhlükəsizlik hadisələrinin monitorinqi və təhlili (SIEM) həlləri kimi sahələrə aiddir. Şirkətin mütəxəssisləri həmçinin bu cür texnologiyaların marketinqdən tutmuş mülki pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinə kimi digər sahələrdə də istifadəsi üçün əlavə variantlar təklif ediblər.

 

Son onilliyin əvvəlində ImageNet məlumat bazasının yaradılması və Amerikanteleviktorina çempionlarını məğlub edən Watson super kompüterinin uğuru maşın öyrənməsinə marağın artmasına səbəb olub. Kaspersky bu sahədə ixtira üçün ilk patent müraciətini 2017-ci ildə edib, o vaxtdan bəri, əksəriyyəti son üç ildə olmaqla, ümumilikdə 56 ML patenti alınıb. Bu yaxınlarda alınmış patentlərin arasında 18-i ABŞ Patent və Əmtəə Nişanları İdarəsi, 7-si Avropa Patent İdarəsi, 4-ü isə Yaponiya Patent İdarəsi tərəfindən qeydiyyatdan keçirilib.

 

“Biz əsas məhsul portfelinə daxil olmayan texnologiyaları patentləşdirən azsaylı şirkətlərdən biriyik. Tədqiqatçılarımızın maraqları çox vaxt kibertəhlükəsizlikdən kənara çıxır, bunu maşın öyrənməsi sahəsində aldığımız patentlərin sayı sübut edir. Bu, Kaspersky-nin müxtəlif texnoloji sahələrdə perspektivlər axtarmağa çalışan uzaqgörən şirkət olduğunu təsdiqləyir”, – deyə Kaspersky-nin əqli mülkiyyətin strateji inkişafı şöbəsinin rəhbəri Anton Tixomirov bildirib.

 

Öz tarixi ərzində Kaspersky ABŞ, Rusiya, Avropa İttifaqı, Çin və Yaponiya da daxil olmaqla, ümumilikdə 1200-dən çox patent alıb.

 

Şirkətin texnologiyaları haqqında ətraflı məlumatı buradanəldə edə bilərsiniz.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!