“Kaspersky Password Manager”-ə ikifaktorlu autentifikasiya üçün birdəfəlik kodlar yaradan yeni funksiya əlavə funksiyalar edilib
“Kaspersky” özünün şifrə menecerinə yeni seçimlər əlavə edib. İndi “Kaspersky Password Manager” hesabların daha etibarlı qorunması üçün hər 30 saniyədən bir unikal birdəfəlik kodlar yaradan və onları təhlükəsiz şəkildə saxlayan funskional autentifikator tətbiqinə malikdir. Yeni funksiya şifrə menecerinin ödənişli versiyasında mövcuddur.
İkifaktorlu autentifikasiya. İki müxtəlif növ məlumat tələb etməklə hər hansı bir xidmətdə istifadəçinin indentifikasiyası üsuludur. Məsələn, əvvəlcə istifadəçi adını və şifrəni, sonra isə, bir qayda olaraq, SMS, “push” bildirişləri və ya xüsusi autentifikator proqramlarından gələn kodu daxil etməlisiniz. Sonuncu yanaşma hesabın daha effektiv qorunmasını təmin etməyə kömək edir. Xüsusilə, birdəfəlik kodları yaradan və saxlayan “Kaspersky Password Manager”-ə daxil olmaq üçün siz əsas şifrəni daxil etməli və ya barmaq izi və ya Face ID-dən istifadə etməlisiniz.
Necə işləyir. İstifadəçi “Kaspersky Password Manager” proqramını quraşdırmalıdır. Əgər qorumalı olduğunuz hesabınızın yer aldığı üçüncü tərəf xidməti (informasiya resursu, poçt və s.) hesab kodunu yaratmaq üçün tətbiq vasitəsilə ikifaktorlu autentifikasiyanın qurulmasını dəstəkləyirsə, onun təhlükəsizlik parametrlərində müvafiq elementi seçməlisiniz. Xidmət autentifikator tətbiqi tərəfindən skan edilməli olan xüsusi QR kodu yaradacaq, bundan sonra o, hər 30 saniyədən bir yeni birdəfəlik rəqəmsal kod yaratmağa başlayacaq. İstifadəçi hər dəfə öz hesabına daxil olduqda bu unikal identifikatoru müvafiq sahəyə daxil edəcək.
Avtomatik kod daxiletmə funksiyası artıq Android və iOS sistemləri ilə çalışan smartfon istifadəçiləri üçün əlçatandır. macOS cihazı sahibləri autentifikasiya kodlarına baxa və onu əl ilə daxil edə bilərlər. “Windows” üçün eyni funksiya 2023-cü ilin payızında aktivləşəcək.
“Bizdə olan məlumatlara görə*, respondentlərin 89%-i hakerlərin şifrələri və şəxsi məlumatları oğurlaya biləcəyindən narahatdırlar. Getdikcə daha çox insan sadə şifrələrdən istifadənin təhlükəli olduğunu başa düşür və bəziləri mürəkkəb şifrə birləşmələri yaratmaq üçün daxili alətlərdən istifadə edirlər. Ancaq nəzərə almaq lazımdır ki, kənar şəxslərin ona girişini önləmək üçün sındırılmağa qarşı kövrək olan şifrələri həm də etibarlı şəkildə qorumaq lazımdır. Bunun üçün xüsusi həllər – şifrə menecerləri də mövcuddur”, – deyə “Kaspersky”-nin İstehlak Biznesi üzrə Məhsul Marketinqi Departamentinin rəhbəri Marina Titova bildirir.
Digər yeniliklərlə yanaşı, “Kaspersky Password Manager”-in kompyuter brauzeri üçün əlavəsini indi Opera və Opera GX (versiya 92 və daha yüksək) də dəstəkləyir. O, şəxsi və məxfi məlumatlarla işi asanlaşdırır: avtomatik olaraq loginləri, şifrələri və digər məlumatları saxlayır, həmçinin giriş zamanı və ya onlayn ödənişlər edərkən hesab məlumatlarını doldurur.
Opera və Opera GX-ə əlavə olaraq, “Kaspersky Password Manager” brauzer əlavəsi indi aşağıdakılar üçün əlçatandır:
“Mozilla Firefox” 65 və macOS üçün “Mozilla Firefox” brauzerinin daha yeni versiyaları;
Google Chrome 70 və macOS üçün “Google Chrome” brauzerinin daha yeni versiyaları;
“Yandex” brauzeri;
Microsoft Edge 79 və “Chromium” əsasında çalışan daha yeni versiyaları;
macOS üçün “Safari” brauzeri.
* “İstifadəçilərin informasiya təhlükəsizliyi” sorğusu “Kaspersky”-nin sifarişi əsasında 2022-ci ilin dekabrında 12 ölkədə aparılıb