“MƏNİM ŞAMAXIM ”adlı rəsm müsabiqəsi keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar,yeniyetmələr və gənclər arasında “MƏNİM ŞAMAXIM ”adlı rəsm müsabiqəsini elan edir.
Müsabiqə dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünya görüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıməqsədi ilə keçirilir.
Müsabiqəyə 29 yaşına qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Hərə Ad və soyad / Təvəllüd / Əlaqənömrəsi / Oxuduğu məktəbin adını qeyd etməkləən çox 3 əsərinin fotosunu 2019-cu il aprel ayının 6-nadək Xətai Sənət Mərkəzinin whatsapp: 00994513107401nömrəsinə göndərməklə müsabiqənin iştirakçısı ola bilər.
Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük veriləcəkdir. Əl işlərinə kənar müdaxilənin(müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
Müsabiqə iki turdan ibarət olacaqdır.
I turdan keçmiş əsərlər əvvəlcə Şamaxıda sonra isə Bakıda keçiriləcək sərgilərdə nümayiş olunacaqdır.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi”Azərbaycanım”Uşaq Rəsm Festivalina dəvət olunacaqdır.
Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazının müxtəlifkompozisiyalarda təsviri;
Şamaxıya məxsus sənət nümunələri (xalça, dulusçu,misgər);
Şamaxının tarixi abidələri, yerli mətbəx nümunələri;
Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri;
Şamaxı rayonu üçün xarakterik musiqi və müxtəlif sənət alətinin təsviri;
Şamaxının dahi şəxsiyyətlərin obrazlarının təsviri;
Hərbi vətənpərvərlik mövzusu;
Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri;
Müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü sürücü və s.) obrazlarının təsviri.
Əsərlər Bakıdakı Xətai Sənət Mərkəzində və Şamaxı Mədəniyyət Mərkəzində sərgilənəcək.
Frame.az