Mərkəzi Bank requlyator təyin edildikdən sonra sığorta sektorunun gələcəyi parlaqdır
2019-cu ilin noyabr ayından etibarən sığorta bazarının tənzimlənməsi və nəzarəti funksiyası Mərkəzi Banka həvalə edildi. Bu zaman ərzində sektorda baş verən neqativ hallar tez bir şəkildə aşkarlandı və onun aradan qaldırılması üçün tədbirlər planı hazırlanmağa başlanıldı. Qarşıya qoyulan əsas məqsəd verilən qərarlarınbeynəlxalq sığorta prinsiplərinə uyğun olmasını təmin etməklə yanaşı eyni zamanda,beynəlxalq təcrübələrdən istifadə etməklə Azərbaycan sığorta bazarının inkişafına nail olmaqdır.Mərkəzi Bankfəaliyyətini həyata keçirərkən həm istehlakçıların hüquqlarının qorunmasına, həmdə şirkətlərin dayanıqlı inkişafını təmin edilməsinəçalışır.
Məlumdur ki, hal –hazırda Azərbaycan sığorta bazarının inkişafını ləngidən ən mühüm amil bu sahə ilə bağlı fiziki şəxslərin və biznes subyektlərinin yetərincə məlumatının olmaması, eləcədə bu sahəyə olan inamın az olmasıdır. Nəticədə insanlar arasında sığorta mədəniyyətinin dərinləşdirilməsinə və maliyyə savadlılığının artırılmasına illərdir ki böyük ehtiyac var.Uzun illərdir ki, Mərkəzi Bank insanlarda kredit mədəniyyətinin dərinləşdirilməsində və maliyyə savadlılığının artırılması istiqamətində çoxsaylı işlər görmüşdür. Bu gün insanların artıq böyük bir qismi bank və bank məhsulları barəsində ətraflı məlumata malikdirlər. Bu siyasətin davamının sığorta sektorundada həyata keçirilməsi Mərkəzi Bankın qarşıya qoyduğu əsas məsələlərdən biridir.Əhalinin sığorta sahəsində məlumatlandırılması və maarifləndirilməsi məqsədilə televiziyada çıxışlar həyata keçirilir və ekspertlər tərəfindən mütəmadi olaraq müsahibələr verilir.
Mərkəzi Bank sığorta sektorunun inkişafı üçün qarşıya həll edilməli olan bir neçə məsələ qoymuşdur.
XXI əsrin rəqəmsallaşma əsri olması bütün sahələrdə proseslərin elektron həyata keçirilməsini labüd edir. Proseslərin elektronlaşması isəhəm istehlakçıların, həmdə biznes subyektlərinin fəaliyyətləri zamanı bir sıra üstünlüklərin əldə edilməsinə səbəb olur. Bu həm xərclərə, vaxta qənaət etməyə, həmdə proseslərin daha təhlükəsiz həll edilməsinə gətirib çıxarır. Mərkəzi Bank tərəfindən artıq uzun illərdir ki, bank sektorunda proseslərin elektron qaydada həyata keçirilməsinə başlanılıb.Hal-hazırda sığorta sektorunda da müasir dövrün tələblərinə uyğunlaşmaq və bu sektorda əlçatanlığı təmin etmək üçün elektronlaşma sisteminin qurulması istiqamətində Mərkəzi Bank tərəfindən bir sıra layihələr hazırlanır və bu istiqamətdə işlər aparılır.
İstər sığorta, istər digər bütün biznes sahələrində inkişafa mane olan əsas səbəb zəif korportiv idarəetmədir. Bunlardan ən əsası isə təcrübəli kadr çatışmazlığıdır. Təcrübəsiz kadr şirkətin müəyyən etdiyi məqsədə çatması prosesini ləngidən bəzən isə bunu mümkünsüz edən əsas amildir. Bu səbəbləMərkəzi Bank tərəfindən sığorta sektorunun inkişafını təmin etmək,bu sahədə çalışacaq peşəkar kadrların hazırlanması məqsədilə yaxın gələcəkdə təlimlərin və kursların keçirilməsi üçün Beynəlxalq institutlarla danışıqlar aparılır.
Sığorta haqqında qanun qəbul edilərkən həmin dövrün tələbləri və mövcud iqtisadi vəziyyəti nəzərə alınmışdı, lakin hal-hazırda qanunun müasir dövrə uyğunlaşdırılmasına ehtiyac var. Bu da sığorta qanunvericiliyinin modifikasiyasının həyata keçirilməsini lazımlı edir. Bu məqsədlədə Mərkəzi Bankın rəhbərliyi və nəzarəti altında sığorta şirkətlərinin iştirakı ilə təkliflər planı hazırlanıb və müvafiq qurumlara təqdim edilib.Belə ki, sığorta məhsullarının indiki tələblərə uyğunlaşdırılması, sığorta haqlarında müəyyən hədlərin müəyyən edilməsi, bonus-molus əmsallarının hesablanması üçün yeni üsulların müəyyən edilməsi, sığorta haqlarında və ödənişlərdə edilməli olan dəyişikliklər, qanuni həddən daha yüksək komissiyon muzdların verilməsinin qarşısının alınması istiqamətində işlərin aparılması və s . məsələləri əhatə edən təkliflər planı hazırlanmışdır. Sığorta şirkətləri tərəfindən sığorta sektorunda mövcud olan problemlərin həll edilməsi, eləcədə istehlakçı hüquqlarının qorunması məqsədilə sığorta qanununda müəyyən istiqamətin alınması hədəflənmişdir.
Mərkəzi Bank nəzarət orqanı təyin edildikdən sonra sığorta şirkətlərinin monitorinqinin həyata keçirilməsinə başladı ki, buna uzun illərdir ki ehtiyac var idi. Bu kimi aparılan siyasət nəticəsində 2020-ci ilin ilk 4 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə yığımlarda 17%-lik artım müşahidə edilmişdir.
Mərkəzi Bank istehlakçıların hüquqlarını qorumaq və sığorta sahəsində yaranan problemlərin tez bir zamanda həll edilməsi üçün qaynar xətlərinin fasiləsiz olaraq işləməsini dətəmin edir.