Arxitektura-DizaynEventsFrame Life

Med Aliyev Bakıda görüş keçirib-fotolar

Mayın 25-də HYATT REGENCY BAKU otelində METRONOME layihəsinin növbəti silsilə görüşü keçirilib. Bu dəfə spiker qismində interyer üzrə rəssam-dizayner olan dünyaca məşhur Med Aliyev çıxış edib.

İlk öncə zala toplaşan qonaqları Azərbaycan Arxitektorlar Cəmiyyətinin sədri cənab Fərhad Mollazadə salamlayıb.

Daha sonra Med Aliyev gecənin əsas mövzusu olan müasir dizayında yeni trendlərdən, yeniliklərdən danışaraq, gecəyə təşrif buyurmuş qonaqların suallarını cavablandırıb.

Tədbirdə 350-dən çox dizaynerlər və memarlar iştirak edib.

Xatırladaq ki, görüşün koordinatorları Səbinə Quliyeva və Pərlan Mansırli, informasiya dəstəyi və təşkilatçısı «Дом и Интерьер» jurnalıdır.

METRONOME layihəsi Azərbaycan Arxitektorlar Cəmiyyətinin xüsusi təşəbbüsü ilə həyata keçirilir.

Fotolar Adil Yusifova məxsusdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!