EkologiyaIqtisadiyyatSağlamlıqTəqdimat

Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilib

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqı Ətraf Mühit Naminə (EU4Environment) Proqramının Su və Ekoloji Məlumatlar fəaliyyəti çərçivəsində Su Ehtiyatlarının Səmərəli İdarə edilməsi ilə bağlı Milli Su Siyasəti Dialoqunun növbəti görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Frame.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycanda su ehtiyatlarının idarə edilməsində iştirak edən aidiyyəti dövlət qurumlarının, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avstriyanın Ətraf Mühit Agentliyi, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı və Fransanın Beynəlxalq Su Ofisinin ekspertləri iştirak edirlər.

Tədbirdə ölkəmizdə su ehtiyatlarının səmərəli idarə edilməsi ilə bağlı görülmüş işlər, elektron informasiya sisteminin yaradılması, su təchizatı infrastrukturunun inkişafı, transsərhəd çayların idarə edilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, suyun inteqrasiyalı idarəçiliyi və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Bu il martın 22-dən 24-dək ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilmiş BMT-nin Su Konfransının nəticələri müzakirə olunub. Su ehtiyatlarının səmərəli idarə edilməsi məqsədilə qəbul olunmuş 700-ə yaxın könüllü öhdəliyi özündə əks etdirən Su Fəaliyyəti Gündəliyinin önəminə toxunulub.

BMT-nin Su Fəaliyyəti Gündəliyinə töhfə olaraq, Azərbaycanın region ölkələrinin su məlumatlarını bir platformada birləşdirən Regional Məlumat Mərkəzi kimi fəaliyyət göstərməyə hazır olduğu, regional səviyyədə adekvat tədbirlərin müəyyən edilməsi üçün məlumat mübadiləsinin təmin olunmasına və erkən xəbərdarlıq sistemi üzrə regional əməkdaşlıq platformasının yaradılmasına dəstək göstərəcəyi dialoq iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ETSN tərəfindən Xocasən gölü ətrafında aparılan yaşıllaşdırma layihələri barədə iştirakçıların məlumatlandırılması məqsədilə əraziyə səfər təşkil olunacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!